Bakıda avtobusda yanğın baş verib

📅 08.07.2026 👁 103 ❤ 1 💬 0
Bakıda avtobusda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə barədə "112" qaynar telefon xəttinə daxil olan çağırışdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları operativ şəkildə hadisə yerinə cəlb olunublar.

Yanğın qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb və alovun yaxınlıqdakı əraziyə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində avtobusun yanar hissələri zərər görüb, lakin xəsarət alan olmayıb. Həmçinin ətrafdakı ağaclıq sahə yanğından mühafizə edilib.

Daşıyıcı şirkətin ilkin açıqlamasına əsasən, yanğının ehtimal olunan səbəbi avtobusun elektrik sistemində yaranmış yüklənmə ola bilər. Hadisənin dəqiq səbəbi aparılan ekspertiza və aidiyyəti qurumların araşdırması başa çatdıqdan sonra məlum olacaq.

Facebook Telegram WhatsApp

Şərhlər (0)

Hələ şərh yoxdur.
Bloq

Oxşar yazılar

Obyek üçün Yanğınsöndürən Balon
13.06.2026 👁 149 ❤ 0

Obyek üçün Yanğınsöndürən Balon

Obyekt, mağaza, ofis, anbar, restoran və digər kommersiya məkanları üçün sertifikatlı yanğınsöndürən balonlar. Fövqəladə Hallar Nazirliyinin tələblərinə uyğun, yüksək keyfiyyətli və etibarlı məhsullar. Müxtəlif həcmli yanğınsöndürən balonların satışı, texniki baxışı və doldurulması xidmətləri mövcuddur. ✔ Sertifikatlı məhsul ✔ Obyektlər üçün uyğundur ✔ Texniki baxış xidməti ✔ Doldurma və yeniləmə xidməti ✔ Münasib qiymət

Yazını oxu →
SUPER KAMPANİYA – YANĞINSÖNDÜRƏN BALONLARDA BÖYÜK ENDİRİM!
11.06.2026 👁 167 ❤ 1

SUPER KAMPANİYA – YANĞINSÖNDÜRƏN BALONLARDA BÖYÜK ENDİRİM!

Fire Solutions Group (FSG.AZ) tərəfindən yanğın təhlükəsizliyinə önəm verən hər kəs üçün xüsusi kampaniya başladı! Müxtəlif həcmli və təyinatlı yanğınsöndürən balonlar sərfəli qiymətlərlə satışdadır. Kampaniya çərçivəsində təqdim olunan qiymətlər bazardakı ən rəqabətli təkliflərdəndir. 6 kq tozlu yanğınsöndürən balon yaşayış evləri, ofislər, mağazalar, restoranlar, anbarlar və sənaye obyektlərində baş verə biləcək yanğınların ilkin mərhələdə söndürülməsi üçün nəzərdə tutulmuşdur. Balon yüksək keyfiyyətli söndürmə tozu ilə təchiz olunmuşdur və A, B və C sinif yanğınlara qarşı effektiv mübarizə aparır. Fire Solutions Group tərəfindən təqdim olunan yanğınsöndürən balonlar sertifikatlı məhsullar olub, yanğın təhlükəsizliyi tələblərinə uyğundur. Məhsullarımız müəssisələr, biznes obyektləri və fərdi istifadəçilər üçün əlverişli qiymətlərlə təqdim edilir.

Yazını oxu →
FHN: Ötən həftə 192 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkarlanıb
05.06.2026 👁 89 ❤ 0

FHN: Ötən həftə 192 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən həftə 192 yanğına çıxış olub, 7 nəfərin meyiti aşkarlanıb

Yazını oxu →
Zəng Email WhatsApp